Rusiyada güclü zəlzələ qeydə alınıb

02.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Kamçatkada (Rusiya) 6 bal gücündə zəlzələ baş verib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

"Maqnituda - 6. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) - 3", - məlumatda bildirilir.

Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 18.2 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 146 km aralıda baş verib.

Zərərçəkənlər və dəymiş ziyanla bağlı hələlik məlumat daxil olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью