Rusiyada gürzə onu telefonla lentə alan uşağı dişlədi ANBAAN GÖRÜNTÜLƏR

29.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Çelyabinsk vilayətinin Nijni Ufaley şəhərində gürzə ilanı onu telefonla lentə almaq istəyən uşağa hücum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Verxneufaleysk Şəhər Dairəsi Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, uşaq günəşin altında uzanan ilanı görüb və yaxınlaşaraq onu telefona çəkməyə başlayıb. Bu zaman gürzə dərhal reaksiya verib və uşağın barmağını dişləyib. Telefon uşağın əlindən yerə düşüb. İlan isə kolluqların arasında sürünərək gözdən itib.

Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью