Rusiyada hava limanı bağlandı: Səbəbi...

31.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada hava limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən vurulma riski səbəbindən təyyarələrin qəbulu və göndərilməsi üçün bağlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyailo öz "Telegram" səhifəsində yazıb.

Məlumata görə, Şimali Qafqaz Federal Dairəsinin rayonlarında pilotsuz uçuş aparatları təhlükəsi elan edilib və Vladiqafqaz hava limanı təyyarələrin qəbulu və göndərilməsi üçün bağlanıb.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью