Rusiyada hava limanı belə vuruldu: İtkilər açıqlandı FOTO+VİDEO

06.06.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ötən gecə Rusiya Federasiyasının Bryansk vilayətinin Oktyabrskoye kəndində hava limanına Ukrayna PUA-larının hücumu nəticəsində Mi-8 helikopteri məhv edilib, daha bir Mi-35 isə zədələnib.

Bakupost.az xəbər verir ki, bu barədə cümə günü “Astra” Rusiya Fövqəladə Hallar Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

"Zərbələr nəticəsində Mi-8 döyüş helikopteri tamamilə yanıb, onun döyüş ləvazimatları partlayıb. Mi-35 helikopteri də qismən zədələnib", - xəbərdə deyilir.

Bundan əlavə, hava limanının inzibati binasına və xilasetmə xidmətinin binasına ziyan dəyib. Ölən və yaralananlar olmayıb.

Zaur, BakuPost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью