Rusiyada həbsdə olan Elman Paşayevin Range Rover i hərraca çıxarıldı

13.08.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayevin həbs qoyulan "Range Rover" markalı avtomobili açıq hərraca çıxarılıb.

BAKU.WS "Gazeta.ru"ya istinadən xəbər verir ki, Paşayev 5 milyon rubl dəyərində qiymətləndirilən avtomobilinin həbsdən azad edilməsi üçün məhkəməyə müraciət edib. Lakin məhkəmə onun tələbini təmin etməyib.

Məlumata görə, avtomobil 2024-cü ilin sentyabrında 36,5 milyon rubldan çox borcun tutulması çərçivəsində məhkəmə icraçıları tərəfindən götürülüb və xüsusi dayanacağa yerləşdirilib.

Xatırladaq ki, borcun tarixçəsi 2012-ci ilə gedib çıxır. Paşayevin müştərisi Nikolay Deryabin hüquqi xidmət üçün ona pul ödəsə də, vəkilin işi görmədiyi bildirilir. Moskva Şəhər Məhkəməsi 2022-ci ildə vəsaitin qalan hissəsinin faiz və cərimələrlə birlikdə tutulmasına qərar verib.

Hazırda Paşayev dələduzluq işi üzrə istintaq təcridxanasındadır. İstintaq onun Aleksey Blinovskidən 20 milyon rubldan çox və 300 min dollar aldığı və cinayət təqibinin həllinə kömək edəcəyini vəd etdiyi qənaətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью