Rusiyada helikopter magistral yola düşdü

15.01.2025

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Krasnoyarsk diyarında helikopter təcili eniş edib və pilot təyyarəni birbaşa magistral yola endirməli olub.

Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

“Helikopter texniki nasazlıq səbəbindən Zelenoqorsk məntəqəsinin yaxınlığındakı yola enib”, - deyə məlumatda bildirilir.

Bu hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən avtomobil yolu operativ şəkildə bağlanıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Hüseyn İbadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью