Rusiyada hərbçilər Ukraynaya döyüşə getməmək üçün hərbi hissəni dağıdıb

14.11.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Novosibirsk şəhərində əsgərlər hərbi hissədə üsyan (bunt) qaldırıblar.

Gununsesi.info-nun sosial mediaya istinadən verdiyi xəbərə görə, bir qrup hərbçi hərbi hissənin binasına zərər yetirirərə, qaçıblar.

Üsyana səbəb isə hərbçilərin  Ukraynada cəbhəyə göndərilməmək tələbi olub. Onlar  kazarmada iğtişaş törədib və yeri tərk ediblər.

Bu hadisə bir çox rus hərbçilərinin Ukraynaya qarşı döyüşmək istəmədiyinin bir daha sübutudur.

Cəbhədəki çoxsaylı itkilər və pis şərait fonunda əsgərlər arasında narazılıq artır. İnsan haqları təşkilatlarının məlumatına görə, Rusiya ordusunda bu cür etiraz aksiyaları getdikcə tez-tez baş verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью