Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya regionlarında Ukraynadakı döyüşlərdə iştirak edən hərbçilərin ödəmələrini və bank hesablarındakı vəsaitləri oğurlayan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 13 nəfərdən ibarət banda üzvləri könüllü adı altında müqavilə bağlamaq istəyən hərbçilərin etibarını qazanıblar.
Onlar müxtəlif əməliyyatların aparılması üçün etibarnamə alaraq hərbçilərin bank hesablarına çıxış əldə ediblər.
Bundan əlavə, dəstə üzvləri zərərçəkənlərin adından saxta nikahlar da bağlayıblar. İlkin hesablamalara görə, hər bir cinayət epizodu üzrə orta zərər 900 min rubl təşkil edib. Qanunsuz əməllərin qarşısı alınıb və bütün dəstə üzvləri saxlanılıb.
Bizim.Media