Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az Rusiya FTX-nin məlumatına istinadən xəbər verir ki, saxlanılan şəxs 2019-2022-ci illərdə Lvov vilayətində yaşayıb və orada Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən ələ alınıb.
İstintaqın fikrincə, ona əməkdaşlıq müqabilində Ukrayna vətəndaşlığı vəd edilib. Bundan sonra o, Volqoqrada qayıdıb və oradan Saratov vilayətinə gedib.
“Bu şəxs Engels aerodromunun yaxınlığında ev kirayələyib. Orada hücum PUA-ları üçün avadanlıq quraşdırmaq istəyib. Həmin kişi kuryer adı altında gizləndiyi yerdən təxribat avadanlığı götürməyə hazırlaşanda FTX əməkdaşları tərəfindən saxlanılıb”, - xəbərdə deyilir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci (xarici dövlət və ya təşkilatla məxfi əsaslarla əməkdaşlıq) maddəsi ilə cinayət işi açılıb. Həmin şəxs həbs edilib. Onun 35 yaşı olduğu bildirilir, kimliyi ilə bağlı başqa məlumat verilməyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. İstintaqın fikrincə, ona əməkdaşlıq müqabilində Ukrayna vətəndaşlığı vəd edilib. Bundan sonra o, Volqoqrada qayıdıb və oradan Saratov vilayətinə gedib.