Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Balaşixa şəhərindəki hosteldə yanğın baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Moskva Vilayəti İstintaq Komitəsinin açıqlamasına görə, səhər saatlarında yataqxana kimi istifadə edilən üçmərtəbəli binanın ikinci mərtəbəsində yanğın baş verib . Yanğınsöndürənlər alovu söndürüblər, lakin iki kişi və iki qadının cəsədi tapılıb. Yanğında iki uşaq da daxil olmaqla altı nəfər də xəsarət alıb.
Səlahiyyətlilər binanın qanunsuz olaraq yaşayış üçün icarəyə verildiyinə dair şübhələrlə bağlı araşdırma başlatdıqlarını açıqladılar.
Aytən Yaşar/ Turkustan.az