Rusiyada iki aeroport fəaliyyətini dayandırıb

18.08.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 18-nə keçən gecə Rusiyanın iki hava limanı uçuşların qəbulunu və buraxılmasını dayandırıb.

Bu barədə Rosaviasiyanın rəsmi nümayəndəsi Artem Korenyako öz Telegram kanalında məlumat verib

Onun sözlərinə görə, Penza və Tambovda təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Korenyako izah edib ki, bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün lazımdır. Bu arada, Moskva vaxtı ilə saat 3.55-də Penza vilayətinin qubernatoru Oleq Melniçenko regionda “Xalça” planının tətbiq olunduğunu açıqlayıb. Təxminən bir saat əvvəl o, “İnsansız Təhlükə” rejiminin tətbiq olunduğunu elan etmişdi.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью