Rusiyada iki aeroportda uçuşlara müvəqqəti məhdudiyyət qoyulub

05.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Rusiyada iki aeroportda uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Qeyd edilib ki, mülki təyyarələrin uçuş təhlükəsizliyinin təmini üçün Nijnekamsk və Perm aeroportlarında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.

Qeyd edək ki, bundan əvvəl İjevsk aeroportunda uçuşlara qoyulan məhdudiyyət aradan qaldırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью