Rusiyada iki hava limanı müvəqqəti bağlandı

10.11.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın paytaxtı Moskvada Domodedovo və Jukovski hava limanları müvəqqəti bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi bəyanat yayıb.

Məlumata görə, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Domodedovo və Jukovski hava limanlarında müvəqqəti olaraq məhdudiyyətlər tətbiq olunub.

Uçuşların təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları və dispetçerlər lazımi tədbirlər görür.

Qeyd edək ki, Moskvaya kütləvi dron hücumu həyata keçirilir. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Moskva istiqamətində uçan 32 pilotsuz təyyarənin məhv edildiyi açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью