Rusiyada iki qatar TOQQUŞDU

18.12.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Murmansk vilayətində yük və sərnişin qatarları toqquşub.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə “Knyajnaya” stansiyasında baş verib.

Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.

Qatarda 326 sərnişinin olduğu bildirilib.

Qatarların toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью