Rusiyada illik inflyasiya 2025ci ilin aprelində pik həddə çatacaq

24.12.2024

Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada illik inflyasiya 2025-ci ilin aprelində pik həddə çatacaq. Bu fikri "İnterfaks”a müsahibəsində Rusiya Bankının pul siyasəti departamentinin direktoru Andrey Qanqan deyib. 
Mütəxəssis qeyd edir ki, 2024-cü ilin sonuna Rusiyada inflyasiya təxminən 9,6-9,8% təşkil edəcək.
"İlin sonuna qədər iki həftəmiz qalıb, lakin hətta bu müddət ərzində bəzi amillər və dəyişkən mövqelər hələ də işə düşə bilər", - o deyib. 
Bu yaxınlarda Rusiyanın baş naziri Mixail Mişustin iqtisadi məsələlərlə bağlı iclas zamanı Rusiyada ilin əvvəlindən dekabrın ortalarına qədər inflyasiyanın səviyyəsinin 9%-i keçdiyini açıqlayıb.
Aytac 
www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью