Rusiyada iqtisadi artım tempi təkcə... Putin

07.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Rusiyada iqtisadi artım tempi təkcə özünün ilkin proqnozlarından yüksək deyil, həm də ABŞ və digər inkişaf etmiş iqtisadiyyatlardakı artım tempindən də yüksək olub.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət başçısı Mixail Mişustinlə görüşündə deyib.

“Mixail Vladimiroviç, bizim iqtisadi artım templərimiz nəinki öz proqnozlarımızdan, hətta dünya səviyyəsindən də yüksək oldu. Və inkişaf etmiş iqtisadiyyatlar adlanan ölkələrdə analoji göstəricilərdən yüksəkdir”, - Putin söyləyib.

Putin qeyd edib ki, ABŞ-da son bir ildə iqtisadi artım 2,8 faiz təşkil edib ki, bu da ümumilikdə “yaxşı göstəricidir”.

O, Fransada 1,1 faiz, Almaniyada isə iqtisadi artım tempinin 0,2 faiz təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən Rusiyada inflyasiya 9,52% təşkil edib. Ölkə ÜDM-si isə 4,1 faiz təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью