Rusiyada iş saatları azaldılır? Deputatdan açıqlama | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasının deputatı Yaroslav Nilov ölkədə iş saatlarının azaldılması məsələsinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə iş həftəsinin qısaldılması yalnız texnologiyaların inkişafı ilə mümkün ola bilər və bu proses təbii şəkildə baş verməlidir, inzibati qaydada deyil.
Nilov qeyd edib ki, azalan iş saatları mütləq kompensasiya olunmalıdır: "Ya pul hesabına, ya da texnologiyalar vasitəsilə.
Əgər bu, yalnız maliyyə ilə ödəniləcəksə, büdcəyə və şirkətlərə çox ağır yük düşər.
Amma texnologiyalar və optimallaşdırma vasitəsilə buna zamanla nail olmaq mümkündür".
Deputat əlavə edib ki, ən yumşaq variantlardan biri "qısaldılmış cümə" ola bilər.
Lakin itirilən saatlar həftənin digər dörd günündə kompensasiya olunmalıdır.
Tam oxu
Xəbəri oxu