Rusiyada işsizlik minimum səviyyəyə endi

22.05.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyada işsizlik göstəricisi tarixi minimuma çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Ekspert” jurnalına açıqlamasında baş nazirin müavini Tatyana Qolikova məlumat verib.

Qolikovanın sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına əsasən, 2025-ci ilin yanvar və fevral aylarında ölkədə işsizlik səviyyəsi 2,4 faiz təşkil edib. Mart ayında isə bu göstərici 2,3 faizə enərək rekord həddə çatıb.

Baş nazirin müavini bildirib ki, bu göstəricilər əvvəlki illərlə müqayisədə daha aşağıdır və Rusiyada əmək bazarının sabitliyini göstərir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью