Rusiyada işsizlik səviyyəsi tarixi minimuma endi

10.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin yekun nəticələrinə əsasən, Rusiya G20 ölkələri arasında ən aşağı işsizlik göstəricisinə malik ölkə kimi birinci yerə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, milli statistika qurumlarının məlumatlarına görə, 2025-ci ilin dekabr ayı etibarilə Rusiyada işsizlik səviyyəsi 2,2 faizə enib. Bu göstərici 2024-cü illə müqayisədə 0,1 faiz azalma deməkdir.

İkinci yerdə 2,4 faiz ilə Meksika qərarlaşıb, Yaponiya isə 2,6 faiz göstərici ilə üçüncü olub. Yaponiyada işsizlik bir il ərzində 0,2 faiz artıb. G20 çərçivəsində ən yüksək işsizlik səviyyəsi isə 31,9 faiz ilə Cənubi Afrikada qeydə alınıb.

RIA agentliyinin yaydığı məlumata görə, Fransa və Türkiyədə işsizlik səviyyəsi 7,7 faiz, Kanadada isə 6,8 faiz təşkil edib.

2025-ci ildə G20-yə daxil olan doqquz böyük iqtisadiyyatda işsizlik səviyyəsi yüksəlib. Ən nəzərəçarpan artım Böyük Britaniyada müşahidə olunub. Ölkədə işsizlik 2024-cü ilin dekabrında 4,4 faiz olduğu halda, 2025-ci ilin noyabrında 5,1 faizə çatıb. Fransada artım 0,4 faiz, ABŞ, Almaniya və Cənubi Koreyada isə 0,3 faiz  təşkil edib.

Bununla yanaşı, yeddi G20 ölkəsində işsizlik səviyyəsi azalıb. Ən güclü müsbət dinamika Hindistanda qeydə alınıb. Ölkədə işsizlik 1,6 faiz azalaraq 4,8 faizə enib və bu, son illərin ən aşağı səviyyəsi hesab olunur.

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin dekabrında verdiyi açıqlamada gənclər arasında işsizliyin də ardıcıl şəkildə azaldığını bildirmişdi. 2024-cü ildə 34 yaşadək əhali arasında işsizlik səviyyəsi 3,8 faiz olub.

Putinin sözlərinə görə, 2022-ci ildən bu yana iqtisadiyyata təxminən 2,6 milyon nəfər cəlb edilib. Qarşıdakı yeddi il ərzində isə əmək bazarının təxminən 12,2 milyon əlavə işçiyə ehtiyac duyacağı gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью