Rusiyada itkin düşən helikopterin bütün sərnişinləri ölü tapıldı

16.07.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oxotskdan Maqadana gedərkən yoxa çıxan Mi-8 helikopterinin göyərtəsində olanların hamısı qəza nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, helikopter təpəyə çırpılıb.

Axtarış üçün An-26 Maqadandan, Mi-8 isə Oxotskdan havaya qalxıb. Lakin pis hava şəraiti axtarışları çətinləşdirib.

İki və daha çox insanın ölümü (beş nəfər) ilə nəticələnən helikopterin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə iş açılıb.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью