Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi Bank: ixtisarlar tezliklə maşınqayırma, əczaçılıq və mədən sənayesinə təsir edəcək...
Rusiyada 2025-ci ilin ilk altı ayında işçilərini ixtisar etməyi planlaşdıran şirkətlərin sayı demək olar ki, iki dəfə artıb.
Əgər yanvar ayında işəgötürənlərin 6,9 faizi ixtisarları nəzərdə tuturdusa, iyunda bu rəqəm artıq 11,5 faizə yüksəlib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu məlumatlar Mərkəzi Bankın 11 577 müəssisə arasında apardığı araşdırmada təqdim olunub.
İşdən çıxarılmalarda ən nəzərəçarpacaq artım mədənçıxarma sənayesi, maşınqayırma və əczaçılıq sahələrində qeydə alınıb.
Mərkəzi Bankın hesabatında buna səbəb kimi məhsullara tələbatın azalması göstərilib.
Bəzi şirkətlər artıq praktiki tədbirlərə keçiblər: onlar part-time işi tətbiq edir, plandankənar məzuniyyətlər verir, həmçinin işçilərini ixtisar edirlər.