Rusiyada karbüratorla bağlı standart çaşqınlıq yaratdı

22.09.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Hörmətli oxucu haqlı olaraq belə bir sual verə bilər: süni intellekt dövründə XX əsrin ixtirasına qayıtmağın mənası nədir? Müasir ekoloji standartları karbüratorla əldə etmək mümkün deyil.

Avtosfer.az xəbər verir ki, Rosstandart müstəqil Rusiyanın tarixində ilk dəfə karbütarorla bağlı normativ sənədlər hazırlayıb. Məlumatı TASS və Ria kimi rəsmi mənbələr yayıb. Normalar 2027-ci ilin martında qüvvəyə minəcək.

Sənədə görə hər bir istehsalçıda istehsal etdiyi karbüratorun çertyoju olmalı, burada bütün texniki göstəricilər əksini tapmalıdır. Karbüratorun kameraları qapalı rejimdə yanacağı buraxmamalı, korpus detalları hermetik olmalıdır.

Detalın xarici səthində çat və çızıq olmamalıdır. 

Standartlar idman avtomobillərinə, qaz və Vankel mühərriki ilə işləyən avtomobillərə şamil edilmir. 

Rəsmi xəbər Rusiyada ciddi maraqla qarşılanıb. Amma publikanı bir sual düşündürür: bu standartlar müasir dövrdə nəyə lazımdır?

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью