Rusiyada keçmiş nazir həbs edildi

29.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Rusiyanın Dağıstan Respublikasının keçmiş səhiyyə naziri Əliömər Əhmədov tibbi avadanlıqların satın alınması zamanı 14.3 milyon rubldan (təxminən 290 min manat - red.) çox ziyana səbəb olan dələduzluqda şübhəli bilinərək həbs edilib.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, o, iki ay müddətinə - 2027-ci il yanvarın 26-dək həbsdə saxlanılacaq.

İstintaqın məlumatına əsasən, Əhmədov 2022-ci ildə tibb müəssisələrindən birinin rəhbəri olarkən əlbir olduğu şəxslərlə birlikdə bahalı oftalmoloji avadanlığın dövlət satınalması üzrə müqaviləni süni şəkildə şişirdilmiş qiymətlə bağlayıb.

Məhkəmə ittihamın ağırlığını və şübhəlinin azadlıqda qalacağı təqdirdə istintaqdan yayınma ehtimalını nəzərə alaraq həbs qərarı verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью