Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib

18.09.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Saratov vilayətində ehtimal olunan qida zəhərlənməsi nəticəsində ikisi uşaq olmaqla, üç nəfər ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "REN TV" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Hadisə Kalininsk şəhərindəki fərdi evlərin birində baş verib.

Məlumta görə, 8 yaşlı qız, 11 yaşlı oğlan və bir yetkin şəxs ölüb. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, zəhərlənməyə kolbasa istehlakı səbəb ola bilər.

Baş verənlərin təfərrüatları müəyyənləşdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью