Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada kömür sənayesində yaşanan çöküş enerji sektorunda dönüş nöqtəsi kimi qiymətləndirilir.
2022-ci ildən bəri enerji kömürünün qiyməti 80 faizədək ucuzlaşıb, nəticədə ölkədə istehsalçıların yarısından çoxu zərər çəkir.
“Forbes” jurnalı qeyd edir ki, eyni zamanda bərpa olunan enerji mənbələri dünya iqtisadiyyatında sürətlə böyüyən aktivlərə çevrilib.“The Financial Times” qəzeti isə məlumat verir ki, bu ilin ilk yeddi ayında Rusiyada kömür sektorunda 225 milyard rubl, yəni təxminən 2,8 milyard dollar itki qeydə alınıb ki, bu da ötən ilin nəticələrindən iki dəfədən çoxdur.
Ölkə üzrə 23 kömür şirkəti – şirkətlərin təxminən 13 faizi bağlanıb, daha 53-ü isə bağlanma riski ilə üzləşib.
Vaxtilə Rusiyanın dördüncü böyük ixrac mənbəyi olan kömür son 30 ildə ən səmərəsiz sənayeyə çevrilib.Prezident Vladimir Putin də kömür hasilatçılarının çətin dövrdən keçdiyini etiraf edib.
Səbəb logistika xərclərinin kömürün son qiymətinin 50-90 faizinə çatmasıdır.
Asiyaya böyük endirimlər qüvvədə qalır, nəticədə hasilatçılar itki bahasına da olsa ixracı davam etdirirlər, məqsəd xarici valyuta qazanmaq və iş yerlərini qorumaqdır.