Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi | Icma.az
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Federasiya Şurası, kriptovalyuta mədənçiliyi və ticarəti üçün yeni vergi qanun layihəsini təsdiqləyib.
Valyuta.Az "The Block"a istiadən xəbər verir ki, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası, kriptovalyuta əməliyyatlarını və mədənçiliyini vergiyə cəlb edən və kriptovalyutaları Rusiya Daxili Gəlirlər Məcəlləsi çərçivəsində əmlak kimi təsnif edən qanun layihəsini təsdiqləyib.
Bu qanun layihəsinə əsasən, kriptovalyuta mədənçiliyi və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Layihəyə görə, mədənçilik şirkətləri istifadəçi məlumatlarını səlahiyyətli qurumlara təqdim etməlidir.
Bundan əlavə, mədənçilikdən əldə olunan gəlirlər şəxsi gəlir kimi vergiyə cəlb olunacaq və bu gəlirlərə 13% vergi tətbiq ediləcək.
2025-ci ildən etibarən illik gəliri 2,4 milyon rublu (28 800 ABŞ dolları) aşan şəxslər üçün vergi dərəcəsi 15%-ə yüksələcək.
Həm aşağı, həm də yuxarı palatalardan keçən bu qanun layihəsinin qanuna çevrilməsi üçün Prezident Vladimir Putinin imzası gözlənilir.
Tam oxu
Xəbəri oxu