Rusiyada kütləvi qəzada beş nəfər öldü

04.01.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiyanın Orenburq vilayətinin Perevolosk rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Perevolosk rayonunda M-5 “Ural” yolunun 361-ci kilometrində Perevolotski qəsəbəsi yaxınlığında Orenburqa gedən yolda iki minik avtomobilinin (“Toyota”, “Şkoda Fabia”) və “Skania” yük maşınının toqquşması barədə məlumat daxil olub. Qəza nəticəsində beş nəfər həlak olub”, – məlumatda deyilib.

Qeyd olunub ki, Rusiya FHN əməkdaşları həlak olanların meyitlərini çıxarıblar. Qəza yerində ikitərəfli hərəkət təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью