Rusiyada Leninin heykəli satışa çıxarıldı

30.03.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiyanın Samara vilayətində Vladimir Leninin heykəli satışa çıxarılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, təklif pulsuz elanlar saytında yerləşdirilib.

"Qiymət" qrafasında satıcı 100 min rubl göstərilsə də, satıcı qeyd edib ki, onu satmaq yox, maşınla, özü də "Oka" markalı maşınla dəyişmək istəyir.

O da qeyd olunur ki, Leninin ikimetrlik bu heykəli gipsdən hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью