Rusiyada mədən uçdu: Dağıntılar altında qalanlar var

15.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Rostov vilayətinin Belokalitvinski rayonunda "Sadkinskaya" yeraltı mədəni uçub.

Oxu.Az xəbər verir ki, bu barədə qubernator səlahiyyətlərini icra edən Yuri Slyusar özünün "Telegram" kanalında məlumat verib.

Hadisə zamanı mədəndə 75 fəhlə olub, onların əksəriyyəti çıxarılıb. İki mədənçi dağıntılar altında qalıb.

"İlkin məlumatlara görə, dağıntılar altında iki mədənçi qalıb. Dağ-mədən xilasediciləri işə başlayıb. Rayon administrasiyasının nümayəndələri hadisə yerinə gediblər", - deyə məlumatda bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью