Rusiyada mədəndə partlayış: Bir nəfər itkin düşdü

16.11.2024

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Rusiyanın Kuzbassdakı "Taştaqolskaya" mədənində təkrar qaya partlaması baş verib.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlayıb. 


Partlayış baş verən zaman bir nəfər itkin düşüb. Hazırda həmin şəxsin axtarışları həyata keçirilir. 


Bundan öncə də ərazidə partlayış olub. İlk partlayış zamanı 183 şaxtaçı ərazidən təxliyə edilib. 


Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью