Rusiyada məktəbdə yanğın, bina yararsız hala düşdü

10.09.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün səhər saatlarında Tümen şəhərindəki 65 saylı orta məktəbdə güclü yanğın baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tümen vilayəti Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yanğının 3,6 kv.metr ərazini əhatə edib. Başqa sözlə, məktəb binasının dam hissəsi tamamilə külə dönüb. Üstəlik, 3-cü mərtəbədəki otaqlara da keçib. Yanğınsöndürənlər bir neçə saata alovu ram edə biliblər. Yanğının baş vermə səbəbləri hələlik bəlli deyil. 

Qeyd edək ki, yanğın Bakı vaxtı ilə 05.30-da başladığından məktəb binasında heç kim olmayıb. Məlumatda xəsarət alanların olmadığı da bildirilir.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью