Rusiyada məktəblərdə zəng əvəzinə, mahnı çalınacaq

24.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiyada sentyabrın 1-dən məktəblərdə dərslərin başlanması və ya başa çatmasını bildirən ənənəvi zəng müxtəlif musiqi əsərləri ilə əvəzlənəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Zəng əvəzinə melodiyalar” layihəsi ölkənin bütün regionlarını əhatə edəcək. Tədris ili ərzində zəngləri müasir və sovet müəlliflərinin populyar və klassik əsərlərindən parçalar əvəz edəcək. Musiqilər hər ay müəyyən əlamətdar tarixə həsr olunacaq. Sentyabr ayında isə məktəblərdə təhsil, müəllimlər, dostluq və yeni kəşflər haqqında mahnılar səsləndiriləcək.

Bildirilib ki, onların arasında Mixail Plyatskovskinin sözlərinə, Vladimir Şainskinin musiqisinə yazılmış “İki dəfə iki – dörd” və Denis Maydanovun “Birincilərin mahnısı” əsəri də yer alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью