Rusiyada məktəbli qız polisləri yoxlamaq üçün özünün qaçırılma ssenarisini uydurub

29.01.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Jeleznoqorsk şəhərində 12 yaşlı qız polisə zəng edərək, guya qaçırıldığını və zirzəmiyə aparıldığını bildirib.

Oxu.Az "Kras Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, o, göz yaşları içində harada olduğundan xəbərsiz olduğunu iddia edib.

Məlumata görə, polis əməkdaşları həyəcan siqnalı ilə ayağa qaldırılıblar. Bir neçə saat ərzində onlar könüllülərlə birlikdə şəhərboyu qarajlarda və zirzəmilərdə məktəblini axtarıblar.

Məlum olub ki, bütün bu müddət ərzində qız evdə imiş. O etiraf edib ki, darıxdığı üçün əylənmək və polislərin nə qədər tez gələcəyini yoxlamaq qərarına gəlib.

Qeyd olunub ki, bu addıma görə, məktəblinin valideynləri öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью