Rusiyada məktəbli qız şagirdlərə hücum edib, yaralılar var

04.02.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada məktəbli qız təhsil aldığı müəssisədə yanğın törədib, xəsarət alanlar var.

APA “Kommersant”a istinadən xəbər verir ki, hadisə Krasnoyarsk şəhərində yerləşən məktəblərdən birində baş verib.

Belə ki, 8-ci sinif şagirdi qız sinif yoldaşlarının bir neçəsinin üzərinə yandırıcı maye tökərək onları yandırıb, daha sonra çəkiclə zərbələr endirib.

Hücum nəticəsində beş şagird və bir müəllim yaralanıb. Üç şagird yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Regional İstintaq Komitəsindən bildirilib ki, hücum edən şəxs saxlanılıb və hadisənin səbəbləri araşdırılır.

Hadisə ilə bağlı cinayət işləri açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью