Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Rusiyada məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə qərar Rusiya hökuməti tərəfindən təsdiqlənib.
Uşaqlara Vətən Təhlükəsizliyi və Müdafiəsinin Əsasları dərsləri zamanı PUA-ları necə yığmaq və idarə etmək öyrədiləcək.
Proqrama PUA konstruksiyası və onların praktiki idarəetməsi haqqında əsas biliklər daxildir.
Nazirlər Kabineti artıq təxminən 90 fənni əhatə edən tədris vəsaitlərinin siyahısını təsdiqləyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.