Rusiyada Məmmədəli Ağayevə iş açıldı

29.08.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevə qarşı külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Moskva prokurorluğundan bildirilib.
“Paytaxt teatrlarından birinin keçmiş direktoru bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, xüsusilə külli miqdarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) dələduzluqda ittiham olunur”, - istintaq orqanının məlumatında deyilir.
Bildirilib ki, tamamlanan işlərlə bağlı uydurma hesabatlar əsasında təqsirləndirilən şəxs və onun “əlaltıları” 20 milyon rubla yaxın (təxminən 422 min manat) vəsaiti məniməsiyblər:
“Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək”.
Qeyd edək ki, 1952-ci ildə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində dünyaya gəlmiş M. Ağayev 1985-ci ildən Moskva Akademik Satira Teatrında baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, idarəedici direktor vəzifələrində çalışıb. O, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью