Rusiyada mer rüşvət alarkən yaxalanıb

14.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərinin başçısı Yuri Lısenko 20 milyon rubl (təqribən 425 800 manat - red.) məbləğində rüşvətin verilməsi işi üzrə saxlanılıb.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, məmur mayın 13-də bir neçə milyon rubl rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda onun yaşadığı ünvanda və iş yerində axtarışlar aparılır. Onu 15 ilə qədər həbs cəzası gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью