Rusiyada məşhur opera müğənnisinin həbsinə qərar verilib | Icma.az
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskva məhkəməsi opera müğənnisi, Mariinski Teatrının keçmiş solisti (mezzo-soprano) və Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı (2011-2016) Mariya Maksakova-İqenberqsin həbs edilməsi haqqında qiyabi qərar çıxarıb.
Azpost.info bildirir ki, muğənni Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərə ictimai çağırışlarda ittiham olunur.
2023-cü ilin may ayında Maksakova “xarici agent” elan edilib.
Bundan sonra 2023-cü ilin avqustunda Ukrayna televiziya kanalına verdiyi müsahibəyə görə ona qarşı cinayət işi açılıb.
Müğənni Ukrayna Silahlı Qüvvələrini “Leviafanın dağıdacaq yeganə qüvvə” adlandırıb.
NTV-nin jurnalistləri Maksakovun RF Silahlı Qüvvələrini gözdən saldığını iddia edərək bunu araşdırmaq xahişi ilə Dövlət Dumasına müraciət ediblər.
Bundan sonra Dövlət Duması Baş Prokurorluğa müraciət göndərib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu