Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ura.ru" nəşri Yekaterinburqdakı redaksiyasında və bir neçə əməkdaşın mənzillərində axtarışların aparıldığı barədə yayılan xəbərləri təsdiqləyən bəyanat yayıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
"Rusiya İstintaq Komitəsinin əməkdaşları baş ofisin işini dayandırıb və redaksiyanın işini bloklayıblar", - deyə məlumatda bildirilib.
Nəşr "Telegram" kanallarında axtarışın səbəbləri kimi göstərilən versiyaları isə "ən qeyri-adi və aldadıcı" adlandırıb.
"Hər hansı şəkildə həkimlərin maliyyələşdirilməsi və ya digər hallardan söhbət getmir", - deyə redaksiyadan qeyd edilib.
11:08
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları "Ura.ru" xəbər agentliyinin binasında axtarışlar aparırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Müstəntiqlər axtarış üçün "Ura.ru" xəbər agentliyinin ofisinə basqın ediblər", - deyə agentliyin mənbəsi bildirib və təfərrüat açıqlanmayıb.
Həmçinin "E1.RU" "Telegram" kanalının bildirdiyinə görə, "Ura.ru"nun redaksiyasında aparılan axtarışlardan əvvəl nəşrin iki əməkdaşı, o cümlədən redaktoru Denis Allayarov saxlanılıb.
"Bu, gündəlik icmaldan məlumat ötürən keçmiş polis əməkdaşının saxlanılması ilə bağlı ola bilər", - deyə nəşr yazıb.
Eyni zamanda istintaq hərəkətlərinin "Ura.ru"nun 2020-ci ildə "Həkimlər Alyansı" həmkarlar ittifaqı (təşkilat Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib) tərəfindən maliyyələşdirilməsi ilə də bağlı ola biləcəyi qeyd edilir.
Qeyd edək ki, "Ura.ru" nəşri 2006-cı ildə yaradılıb və əsas ofisi Yekaterinburqda yerləşir.