Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyada qeyri-adi hadisə baş verib.
Milli.Az xəbər verir ki, bir məşqçinin komandanı hazırlayarkən süni intellektə - ChatGPT-yə həddindən artıq güvənməsi klubun uğursuzluqla üzləşməsinə səbəb olub.
Klubun keçmiş baş direktor müavininin açıqlamasına görə, "Soçi" FK-nın baş məşqçisi Robert Moreno futbolçularla iş prosesində süni intellektdən aktiv şəkildə istifadə edib. Mütəxəssis motivasiya çıxışları, məşq proqramları və oyunçular üçün fərdi tövsiyələri ChatGPT-nin köməyi ilə hazırlayıb.
Bildirilir ki, Moreno futbolçulara oyundan 28 saat əvvəl yatmamaq, yaxud səhər saat 05:00-da oyanmaq kimi qeyri-adi tövsiyələr də verib. Bundan başqa, heyət seçimi zamanı da ChatGPT-dən istifadə olunub. Alqoritmin tövsiyəsi ilə əsas heyətə salınan bir hücumçu 10 oyunda heç bir qol vura bilməyib.
Nəticədə, 2025-ci ilin payızında komanda keçirdiyi 7 liqa oyunundan cəmi 1 xal topladıqdan sonra Robert Moreno vəzifəsindən azad edilib. Mövsümün sonunda isə "Soçi" aşağı liqaya düşüb. (Offsideplus.az)
Milli.Az