Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyada kremasiya (ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması prosesi-red,) xərcləri 2026-cı ilin əvvəlindən bəri əhəmiyyətli dərəcədə artıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Telegram” kanalı “Baza” yazır. Məlumata görə, bu, kommunal xidmət tariflərinin artması ilə əlaqədardır.
Kanal dəfn xidmətləri bazarı iştirakçılarının məlumatlarına istinad edir.Rusiyanın əsas krematoriyalarının nümayəndələri Yeni ildən sonra qiymətlərin kəskin şəkildə artdığını bildiriblər.
Bu, hüquqi şəxslər üçün elektrik enerjisi tariflərinin artması (+8-12%) və kommunal xidmətlər üçün qaz qiymətlərinin artması (+7-10%) ilə əlaədardır.
Təşkilatlar, həmçinin idxal sobaları üçün ehtiyat hissələrinin çatışmazlığını və kremasiyaya tələbatın artmasının məcburi qaz təmizləmə sistemlərinin qiymətini artırdığını qeyd edirlər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin