Rusiyada Mi 2 helikopteri qəzaya uğrayıb Pilot həlak olub

18.07.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri Kalininskaya stansiyasından 2 km aralıda qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Kalininskaya stansiyasından 2 km aralıda tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri yerə düşüb. Hadisə nəticəsində 20 kv. m sahədə yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub", - məlumatda bildirilib.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью