Rusiyada miqrant traktoru qaçıraraq polisə çətin anlar yaşatdı

15.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində maraqlı görüntülər qeydə alınıb.

Bu barədə Oxu.Az "Moskovskiy komsomolets" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, görüntülər şəhərdə yerləşən yaşayış kompleksinin yaxınlığında çəkilib.

Bildirilir ki, qonşu ölkədən gələn qonaq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışmaq istəməyib və söhbətdən boyun qaçırmaq üçün "orijinal" üsul seçib.

O, kommunal təmizlik məqsədləri üçün nəzərdə tutulan qırmızı rəngdə traktora atlayıb və kor-koranə, hara getdiyini bilmədən qaçmağa çalışıb. Polis isə onu təqib etməyə başlayıb. Lakin bələdiyyə maşını səkiyə çıxıb və yaşayış kompleksinin evlərinə doğru hərəkət edib, asayiş keşikçiləri isə həmin əraziyə daxil olaraq traktoru təqib etməyə davam edə bilməyiblər.

Polisin "yarışçı"nı saxlamağa müvəffəq olub-olmadığı isə hələlik məlum deyil.

Rusiyada miqrant traktoru qaçıraraq polisə çətin anlar yaşatdı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью