Rusiyada miqrantlar arasında epidemiya yayılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

25.11.2024

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Sverdlovsk vilayətində miqrantlar arasında sifilis epidemiyası qeydə alınıb.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə tibb elmləri namizədi Nikolay Struin məlumat verib.

Verilən statistik məlumatlara görə, 2024-cü ilin ilk üç ayında Rusiya regionunda miqrantlar arasında 42, 6 ayda 78, səkkiz ayda 151 sifilis yoluxma halı aşkarlanıb.

"Bu, artıq bütün 2023-cü il üçün əcnəbilərdə qeydə alınan sifilis hallarının sayını 11,1 faiz üstələyir və yalnız iyul-avqust aylarında bu ilin birinci yarısının göstəriciləri ilə müqayisədə iki dəfə artıb", - Struin qeyd edib və əlavə edib ki, əksər hallarda əcnəbilərdə sifilis artıq gec mərhələdə aşkar edilmişdir,

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью