Rusiyada miqrantlar üçün rüsumları artıran qanun qəbul olunub

10.06.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Dövlət Duması bu gün miqrantlar üçün dövlət rüsumlarını artıran qanunu, o cümlədən Rusiya vətəndaşlığını almaq üçün 12 dəfə artımı qəbul edib.

APA-nın Moskva bürosu xəbər verir ki, qəbul olunan qanuna görə, Rusiya vətəndaşlığı və vətəndaşlıqdan imtina 4200 əvəzinə 50.000 rubl, yaşayış icazəsi (VNJ) isə 6000 əvəzinə 30.000 rubla başa gələcək.

Miqrantlar üçün iş icazələrinin verilməsi üçün rüsum da 15.000 rubla qədər artacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью