Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Yekaterinburq Koltsovo hava limanında hərbi müstəntiqlər bir müddət əvvəl Rusiya vətəndaşlığını qəbul etmiş miqrantlara qarşı reyd keçirib.
Publika.az xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb.
Bildirilir ki, hərbi qeydiyyatdan keçməyənlərə isə çağırış vərəqəsi verilib. Reyd zamanı 60-dan çox şəxs yoxlanılıb.
Məlum olub ki, 7 nəfər qanuni tələbə məhəl qoymayıb - onları sənədləri doldurmaq üçün hərbi komissarlığa aparıblar.
Təhlükəsizlik rəsmiləri hava limanında oxşar reydlərin davam edəcəyini bildiriblər.
Sverdlovsk vilayətində insan haqları üzrə müvəkkili Tatyana Merzlyakova rus köklü miqrantların xüsusi müdafiəsinə çağırıb.
O, bəzi xarici vətəndaşların çoxdan Rusiyaya köçdüyünü və onun mədəniyyətinə hörmət etdiyini diqqətə çatdırıb.