Rusiyada miqrantların icbari tibbi sığorta şəhadətnaməsi alınması şərtləri sərtləşdirilib

21.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 21 noyabr, AZƏRTAC

Rusiyada miqrantlar üçün icbari tibbi sığorta (İTS) sənədinin alınması şərtləri sərtləşdirilib. Onlar indi ölkədə əvvəl olduğu kimi üç deyil, ən azı beş il işləməlidirlər.

AZƏRTAC xəbər verir ki, Dövlət Duması əmək miqrantlarının yalnız beş illik iş təcrübəsi topladıqdan sonra pulsuz icbari tibbi sığorta polisini ala biləcəyinə dair qanun qəbul edib. Sənəd hökumət tərəfindən sentyabrın 29-da büdcə paketi çərçivəsində təqdim edilib və “Rusiya Federasiyasında İcbari Tibbi Sığorta haqqında” qanuna dəyişiklikləri ehtiva edir.

Qanuna əsasən, əmək miqrantları üçün İTS şəhadətnaməsinin alınması (yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla) yalnız Rusiyada qanuni əmək fəaliyyəti ilə məşğul olduqda mümkündür.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью