Rusiyada miqrantların xaricə pul köçürmələri məhdudlaşdırıla bilər

15.07.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələrinin qadağan olunması təklif edilib. Köçürülən məbləğ maaşı keçərsə, gəlir mənbəyini təsdiqləyən bəyannamə təqdim olunmalıdır.

Oxu.Az xəbər verir ki, bu təklifi Rusiya Mərkəzi Bankına deputatlar Aleksey Neçayev, Sardana Aksentyeva və Vladimir Plyakin göndəriblər.

Onların sözlərinə görə, bu addım maliyyə əməliyyatlarında şəffaflığı və vergi daxilolmalarını artırmaq, kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq və iqtisadi təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью