Rusiyada miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minir

28.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabr ayından etibarən miqrantlara patentlərin verilməsi yeni qaydalar əsasında həyata keçiriləcək. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, “MAX” messencerindəki kanalında bildirib ki, miqrantların işə cəlb olunmasına dair icazələrin verilməsi qaydaları da dəyişəcək.
Bundan əlavə, parlamentin aşağı palatasının sədri “Xarici vətəndaşın Rəqəmsal Profili” adlı resursun tam fəaliyyətə başlayacağını açıqlayıb.
Qeyd edək ki, daha əvvəl Rusiyada saxta nikahlarla əlaqədar miqrantlara verilmiş təxminən 2 min sənədin ləğv edildiyi məlum olub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью