Rusiyada MMA döyüşçüsünə atəş açıldı

18.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Vladiqafqaz şəhərinin mərkəzində kütləvi dava baş verib. Münaqişə zamanı atəş açılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Mash Gor" "Telegram" kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, "Nikarxo" ləqəbli MMA döyüşçüsü İbrahim İslamov yaralanıb. Onun vəziyyətinin ağır olduğu və xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı bildirilir. pizza sifarişi

Hadisənin başvermə səbəbləri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Hüquq-mühafizə orqanları münaqişənin bütün iştirakçılarının şəxsiyyətini müəyyən ediblər. Hadisə ilə əlaqədar 27 yaşlı şəxs saxlanılıb./Oxu.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью